“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti Səhmdarların növbədənkənar Ümumi Yığıncağı 06 dekabr 2018-ci il tarixdə, saat 10:00-da keçiriləcəyini elan edib. Bu barədə Banker.az Sığorta Şirkətinin yaydığı məlumata istinad edir.
Yığıncaqda ASC-nin 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditi məqsədilə müstəqil auditorun seçilməsi və sair məsələlərin müzakirə olunması nəzərdə tutulub.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər.
Sənədlər üzrə məsul şəxs Quliyeva R. Ə. təyin edilmişir.