9 C
Baku
Thursday, December 12, 2024

“İpək Yolu Sığorta”nın yığımları 4 milyon manata yaxın azalıb

“İpək Yolu Sığorta” ASC-nin 2023-cü ilin yanvar-iyul ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma tendensiyası davam edib.

Şirkət yanvar-iyul ayında 14.715 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 3.727 mln. manat və ya 20% azalma deməkdir.

Ötən ilin 7 ayında sığorta şirkəti tərəfindən 18.442 mln.manat sığorta haqqı toplanmışdır.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır. Şirkətin səhmlərinin 96.53%-i “ASG Business Aviation” MMC-yə, 3.47 %-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər