14 C
Baku
Saturday, April 27, 2024

“İpək Yolu Sığorta”nın yığımlarının azalması gəlirlərinə təsir edib

“İpək Yolu Sığorta” ASC-nin gəlirləri ötən il illik müqayisədə azalıb.

Banker.az xəbər verir ki, 2021-ci il üzrə cəmi gəlirləri 20.07 milyon manat təşkil edib. Bu da 2020-ci illə müqayisədə 9% azdır.

Gəlirlərindəki azalmaya əsas səbəb, birbaşa sığorta yığımlarının öncəki ildə 17.32 mln. manat olduğu halda, 2021-ci ildə 15.64 mln. manata düşməsidir.

Cəmilə və Məlahət Əsgərova bacılarının böyük pay sahibliyi olduğu sığorta şirkəti ötən il 18.85 mln. manatlıq cəmi xərc edib ki, bu da 2020-ci ildən 4% azdır.

Beləliklə, “İpək Yolu Sığorta” hesabat ilində  1.21 milyon maliyyə mənfəəti etmiş, oradan da 243 min gəlir vergisi çıxıldıqdan sonra 972 min xalis mənfəət əldə etmişdir.

AKTİVLƏR KİÇİLİB

“Silk Way Holding”ə yaxın olan şirkətin aktivləri 2021-ci ilin əvvəli ilə müqayisədə  6.36 mln. manat, yaxud 21.0% azalıb, 23.87 mln. manata qədər azalıb.

Aktivlərindəki azalmanı əsas tətikləyən qısamüddətli aktivlərdir. Belə ki, şirkətin uzunmüddətli aktivləri  0.7% artımla 1.83 mln.-a çatdığı halda, qısa müddətli aktivləri  22.4% (6.37 mln. manat) azalaraq 22.04 mln. manata düşüb.

“İpək Yolu Sığorta”nın cəmi kapitalının həcmi  4.8% azalma ilə 16.74 mln. manata, öhdəliklərinin həcmi isə  21% azalma ilə 23.87 mln. manata düşüb.

Xatırladaq ki, “İpək Yolu Sığorta” ASC “Silk Way Holding” MMC-yə daxildir. Şirkətin nizamnamə kapitalı 14.77 milyon manatdır. Şirkətin səhmlərinin 38.74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38.74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19.05%-i “Silk Way Airlines” şirkətinə, 3.47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

iys 234324234234423

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər