Hər il olduğu kimi “Apple” bu il də yeni “iPhone” modellərini təqdim etdi, ancaq aksessuarları satışa çıxarmaq üçün bir qədər gözləməyi qərara aldı. Alıcıların çoxdan gözlədiyi “iPhone 11 Smart Batareya Case” nəhayət təqdim olunub.
Təxminən 175 dollar dəyəri olan bu üzlüklər əvvəlkilərdən bir xüsusiyyəti ilə fərqlənir. Əvvəlki modellərdən fərqli olaraq, yeni üzlüklərdə kameranı işə salmağa imkan verən düyməsi var. Telefon kilidlənsə də bu düyməni sıxaraq çəkilişə başlaya bilərsiniz. Düyməni bir dəfə sıxdığınızda bir şəkil, uzun müddət sıxıb saxladıqda isə “QuickTake” videosu çəkə bilərsiniz.

Qeyd edək ki, qara, ağ və çəhrayı rəngdə təqdim olunan üzlüklər noyabrın 25-dən satışa çıxarılacaq.
©Ted.az









