15 C
Baku
Wednesday, April 24, 2024

“iPhone 11” üçün batareyalı telefon üzlüyü təqdim edildi – Qiyməti $175 (Foto)

Hər il olduğu kimi “Apple” bu il də yeni “iPhone” modellərini təqdim etdi, ancaq aksessuarları satışa çıxarmaq üçün bir qədər gözləməyi qərara aldı. Alıcıların çoxdan gözlədiyi “iPhone 11 Smart Batareya Case” nəhayət təqdim olunub.

Təxminən 175 dollar dəyəri olan bu üzlüklər əvvəlkilərdən bir xüsusiyyəti ilə fərqlənir. Əvvəlki modellərdən fərqli olaraq, yeni üzlüklərdə kameranı işə salmağa imkan verən düyməsi var. Telefon kilidlənsə də bu düyməni sıxaraq çəkilişə başlaya bilərsiniz. Düyməni bir dəfə sıxdığınızda bir şəkil, uzun müddət sıxıb saxladıqda isə “QuickTake” videosu çəkə bilərsiniz.

 

iphone 11 battery case

smartbatterycasetitle

iPhone 11 smart battery case 1Kamera bölməsindəki fərqi nəzərə almasaq üzlük dizayn baxımından əvvəlkilərdən fərqlənmir. Bu üzlükdən istifadə etdiyiniz zaman batareyanın ömrünü 50 faiz artırmış olursunuz. Üzlük həm də naqilsiz Qİ enerji yığma texnologiyasını dəstəkləyir. Bu, o deməkdir ki, naqilsiz enerji yığma cihazından istifadə edərkən eyni vaxtda həm üzlüyün, həm də telefonun batareyasını enerji ilə təmin etmək olar.

Qeyd edək ki, qara, ağ və çəhrayı rəngdə təqdim olunan üzlüklər noyabrın 25-dən satışa çıxarılacaq.

©Ted.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər