15 C
Baku
Wednesday, May 15, 2024

iPhone 12, 13 və 14-ün dizayneri “Apple”dan ayrılır

“Apple”ın sənaye dizaynı üzrə vitse-prezidenti Evans Henki şirkəti tərk edir. Qeyd edək ki, o, bu vəzifəyə 2019-cu ildə gəlib. Xanım Henki iki nəsil AirPods və Apple Watch, eləcə də iPhone 12, 13 və 14 üzərində işləyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Evans Henki altı ay “Apple”da işləməyə davam edəcək, şirkət hələki onu əvəz edəcək birini tapmayıb. “Evans biz keçid dövründə işləyərkən qalmağı planlaşdırır və biz ona töhfələrinə görə təşəkkür etməliyik”, – deyə “Apple”ın sözçüsü vurğulayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər