1 C
Baku
Saturday, December 14, 2024

“iPhone 13” smartfonunun buraxılışı bir il ertələnib

“Apple” şirkəti 2021-ci ildə “iPhone 12s” seriyalı smartfonlar buraxacaq. Bu barədə Çinin “China Mobile” nəşrinin mənbələrə istinadən məlumatında deyilir.

İlin ikinci yarısına planlaşdırılan smartfonlar aktual nəsil qurğulardan cüzi fərqlənəcək. Blogerlərin sözlərinə görə, bununla əlaqədar “Apple” şirkəti “iPhone 13” adından imtina etmək qərarına gəlib. Şirkətin “iPhone 13” modelinin buraxılışını 2022-ci ilə təxirə salaraq 2021-ci ildə “iPhone 12s” adlı qurğular seriyası təqdim edəcəyi ehtimal olunur.

Jurnalistlər qeyd edib ki, növbəti nəsil qurğular “Face ID” sensoru üçün daha kiçik ekran kəsiyi və 120 giqahers yeniləmə tezliyinə malik displeylə təchiz ediləcək. Seriyanın təkcə bahalılar deyil, o cümlədən bütün smartfonları lidarlı kamera ilə təchiz olunacaq. Qurğular yeni “Apple A15 Bionic” çipi ilə buraxılacaq.

Bununla yanaşı, şirkət 2020-ci ildəki mövcud qurğu sayını saxlayacaq. “Apple” tərəfindən “iPhone 12s”, “12s mini”, “12s Pro” və “12s Pro Max” modellərinin buraxılacağı gözlənilir.

Qeyd edək ki, adının sonunda “S” hərfi olan sonuncu “Apple” smartfonu 2018-ci ilin sonunda nümayiş olunub. Belə ki, şirkət tərəfindən 2017-ci ildə təqdim edilən “iPhone X” modelinin təkmilləşdirilmiş versiyası olan “iPhone Xs” modeli işıq üzü görüb.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər