14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“iPhone 13” və “iPhone SE 3” barəsində ilk məlumatlar verilib

faizlere

Apple şirkəti hələ iPhone 12 smartfon seriyasını təqdim etməyib, lakin analitik Ross Young Yaponiyanın Mizuho Securities adlı investisiya şirkətinə istinadən iPhone 13 və iPhone SE 3 barəsində məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Analitikin verdiyi məlumata əsasən gələn il təqdim olunacaq iPhone 13 seriyasına da 4 ədəd smartfon daxil olacaq.

 Onların ekranlarının ölçüləri bu ilki iPhone modellərinin ekran ölçüləri ilə eyni olacaq. Yəni 5.42 düym, 6.06 düym və 6.67 düym. Hər bir iPhone 13 modeli OLED ekrana sahib olacaq. Lakin OLED ekranlar müxtəlif şirkətlər tərəfindən istehsal olunacaq. Bununla yanaşı iPhone 13 Pro və iPhone 13 Pro Max modelləri 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranları əldə edəcəklər.

EjU06tfWsAISUGd

 Məlumatda qeyd olunub ki, iPhone 13 və iPhone 13 Mini modelləri bu ay təqdim olunması gözlənilən iPhone 12 Pro Max modelinin kameralarını əldə edəcəklər. Pro modellərin isə LiDAR skaneri ilə təchiz olunacaqları gözlənilir. iPhone SE 3-ə gəldikdə isə analitikin verdiyi məlumata əsasən onu gələn il gözləmək lazım deyil. Belə ki, şirkət iPhone SE 3-ü 2022-ci ildə təqdim edəcək. Analitik bildirib ki, iPhone SE 3 modeli LCD ekran və ikili arxa kamera əldə edəcək. Məlumata əsasən o, iPhone 11-in dizaynını xatırladacaq.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Technote.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər