ABŞ-nin “Apple” şirkəti aşağı tələblə əlaqədar “iPhone 14” smartfonlarının istehsalını azaltmağı planlaşdırır.
Bu barədə “Bloomberg” agentliyi yazır.
Qeyd olunur ki, şirkət ilin sonunadək 90 milyon qurğu istehsal etməyi nəzərdə tutur. Bununla belə, “Apple”in ilkin planları 6 milyon daha artıq “iPhone 14” istehsal etmək idi.
“Bloomberg” yazır ki, dünyanın ən iri bazarı olan Çində “iPhone 14″ün ilk üç gün ərzində satışları ötən il eyni dövründə “iPhone 13″ün satışlarından 11 faiz az olub.
Xatırladaq ki, “iPhone 14” smartfonunun təqdimatı iki həftə əvvəl baş tutub.