6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

“iPhone 14” smartfonunun qiymətləri açıqlanıb

“Apple” 2022-ci ildə satışa çıxarılacaq bəzi smartfonların qiymətini qaldıracaq. Smartfon istehsalı xərclərinin artması səbəbindən yeni “iPhone 14”ün qiyməti orta hesabla $100 artacaq.

Banker.az xəbər verir ki, mənbələrə görə, “Apple” ənənəvi olaraq 2022-ci ilin payızında yeni “iPhone” modellərini təqdim edəcək. Lakin bu dəfə yalnız dörd smartfon nümayiş olunacaq: “iPhone 14”, “iPhone 14 Max”, “iPhone 14 Pro” və “iPhone 14 Pro Max”.

Ehtimal olunur ki, “iPhone 14” smartfonu “iPhone 13” qiymətinə – $800-a olacaq. Digər modellər orta hesabla $100 bahalaşacaq:

– “iPhone 14 Max”: $899;

– “iPhone 14 Pro”: $1099;

– “iPhone 14 Pro Max”: $1199.

“Apple”ın bu il təqdim edəcəyi ən bahalı smartfonun qiyməti $1700 təşkil edəcək və 1 TB yaddaşla təchiz olunacaq. Qiymət artımı smartfonların istehsal xərclərinin artması ilə izah edilib, eyni zamanda yeni nəsil modellərdə bəzi dəyişikliklər gözlənilir.

Daha əvvəl “Apple”ın yeni “iPhone 14”lərdə SIM-kart slotunu götürmək planları barədə məlumat yayılıb. İnsayderlərə görə, şirkət amerikan operatorlarına 2022-ci ilin sentyabrına qədər elektron SIM-kartların tətbiqinə hazır olmağı tövsiyə edib.

Son xəbərlər
Oxşar xəbərlər