15 C
Baku
Saturday, May 18, 2024

iPhone 14-ün buraxılışı Pelosinin Tayvana səfəri səbəbindən təxirə düşə bilər

“Apple” şirkəti ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri səbəbindən iPhone 14-ün buraxılışını təxirə sala bilər. Qeyd edək ki, “Apple” iPhone-ların yığıldığı “TSMC” şirkətinin əsas müştərisidir. Daha öncə Çin Tayvana münasibətdə bir sıra sanksiyalar tətbiq edib, həmçinin göndərmə sənədlərində “Tayvan” və ya “Çin Respublikası”nın qeyd edilməsini qadağan edən qaydalar işləyib hazırlayıb. Buna görə də, adada istehsal olunan elektronikanın bir hissəsi geri qaytarıla bilər.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Nensi Pelosi Çinin etirazına baxmayaraq avqustun 2-də Tayvana gəlib. O, ABŞ-ın Tayvanda demokratiyaya dəstəyini ifadə etmək üçün adaya uçduğunu söyləyib. Ağ Ev bildirib ki, Pelosinin səfəri ABŞ-ın da izlədiyi “vahid Çin” siyasətinə zidd deyil. Avqustun 3-də siyasətçi ada ölkəsini tərk edib. Çin Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, Pelosinin bu addımı “ciddi fəsadlarla” nəticələnəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər