12 C
Baku
Wednesday, December 11, 2024

iPhone 14-ün satışları başlayıb – İlk istifadəçilər smartfonun aktivləşdirilməsi problemi ilə üzləşiblər

“Apple”ın sentyabrın 7-sində təqdim etdiyi iPhone 14 artıq satışa çıxıb. Buna baxmayaraq, bir neçə istifadəçi smartfonun aktivləşdirilməsi problemi ilə üzləşib. Bununla əlaqədar, “Apple” öz saytında problemin həlli üçün tövsiyələr dərc edib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Apple” deyir ki, istifadəçilər Wi-Fi şəbəkəsinə qoşulmaq istənildikdə “Mac və ya PC-yə iTunes ilə qoşulun” seçimini etməli, sonra əvvəlki ekrana qayıdıb Wi-Fi vasitəsilə yenidən cəhd etməlidirlər. Bu proseduru aktivləşdirmə uğurlu olana qədər təkrarlamaq lazımdır.

Eyni zamanda, sənəddə deyilir ki, yeni iPhone 14 və iPhone 14 Pro istifadəçiləri iOS 16.0.1-ə yeniləmə aparmalıdırlar, əks halda “iMessage” və “FaceTime”ın aktivləşdirilməsi mümkün olmayacaq.

Qeyd edək ki, saat fərqini nəzərə alsaq, ilk yeni smartfonları Yaponiya və Çin sakinləri ala biləcəklər.

Son xəbərlər
Digər xəbərlər