18 C
Baku
Çərşənbə, May 25, 2022

“iPhone 15” bu il çıxacaq – Qiyməti və xüsusiyyətləri

İnternetdə olan məlumata görə, “Apple” bu il iPhone 14 deyil, iPhone 15 smartfon modelini buraxacaq.

Banker.az xəbər verir ki, əvvəlki relizlərə nəzər yetirsək, bu məntiqli görünür. Xatırladaq ki, daha əvvəl şirkət ilk “ayfonun” onilliyinin şərəfinə iPhone 9 yerinə iPhone 10 buraxmışdı. Bu il də vəziyyət oxşardır, belə ki, 2022-ci ildə orijinal cihazın 15 yaşı olur.

Şayiələrə əsasən, iPhone 15 smartfonunun xüsusiyyətləri aşağıdakı kimi olacaq:

Displey:

iPhone 15 – 6.1″

iPhone 15 Pro – 6.1″

iPhone 15 Max – 6.7″

iPhone 15 Pro Max – 6.7″

Operativ yaddaş:

iPhone 15 – 4GB

iPhone 15 Pro – 6GB

iPhone 15 Max – 4GB

iPhone 15 Pro Max – 6GB

Əsas kamera:

iPhone 15 – ikili 12Mp + 12Mp

iPhone 15 Pro – üçlü 12Mp + 12Mp + 48Mp + LiDAR

iPhone 15 Max – ikili 12Mp + 12MP

iPhone 15 Pro Max – üçlü 12Mp + 12Mp + 48Mp + LiDAR

Wi-Fi: Wi-Fi 6E

Əməliyyat sistemi: iOS 16

Qiymətlər:

iPhone 15 – $799-dan

iPhone 15 Pro – $1099-dan

iPhone 15 Max – $899-dan

iPhone Pro Max – $1199-dan

Buraxılış tarixi: 2022-ci ilin sentyabr ayı

iPhone 15-dən nə gözləmək olar?

Əslində, son vaxtlar “Apple” demək olar ki, heç kimin məmnun olmadığı kiçik yeniləmələr buraxır. Getdikcə daha çox insan “Gələn il yeniləyəcəm, bəlkə daha maraqlı bir şey çıxar” bəhanəsi ilə köhnə modelə sadiq qalmağı və bir-iki il də gözləməyi üstün tutur.

iPhone 15 smartfonunun yeni funksiyaları

1. Face ID + Touch ID

Hələ pandemiya başlayanda “Apple” iPhone-da Face ID və Touch ID funksiyalarını tətbiq etmək barədə şayiələr yayıb. Əvvəlcə hər iki texnologiyanı dəstəkləyən ilk cihazın 2021-ci ildə çıxacağı deyilib, lakin sonra buraxılış 2022-2024-cü ilədək təxirə salınıb.

download 5

2. Lightning portu

Mütəxəssislərin fikrincə, onun vasitəsilə böyük həcmli faylların köçürülməsini əhəmiyyətli dərəcədə sürətləndirmək mümkün olacaq.

download 6

3. Elektron SIM-kart

Ehtimallara görə, ənənəvi SIM-kart yeri smartfondan tamamilə çıxarılacaq və elektron analoqu (eSIM) ilə əvəz olunacaq.

4. Periskopik kamera

Yeni “ayfonlarda” periskop və alqoritmlərdən istifadə ediləcək. Onun vasitəsilə kameranın “zoom” funksiyasını genişləndirmək mümkün olacaq.

download 7

Son xəbərlər
Oxşar xəbərlər