13 C
Baku
Saturday, May 18, 2024

iPhone 15-in bəzi texniki xüsusiyyətləri açıqlanıb

Dizayner Yan Zelbonun “9to5Mac”dan əldə etdiyi çertyojları çevirdiyi təsvirlərə görə, iPhone 15 smartfonu 6.2 düymlük ekrana sahib olacaq. Xatırladaq ki, iPhone 14 modelinin ekran ölçüsü 6.1 düym təşkil edir.

35325e20598ae845fddc0e398fd734b8

018e84b366404d3c1465c2709555d28a

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bundan əlavə, təsvirlər təsdiqləyir ki, iPhone 15-də köhnə versiyalarda olduğu kimi düymə olmayacaq. Eyni zamanda, smartfon 6-8 GB operativ yaddaş, “Dynamic Island” və “Lightning” yerinə USB-C alacaq.

59c7b8db4cac562db15ce5a7dfe653aa 1

dd76708e4676de85cbc88e68c8518a4d

Yeni modeldə üç kamera olacaq – ikili əsas kamera və bir ön kamera.

Mənbə qeyd edir ki, iPhone 15 Pro modeli eksklüziv tünd qırmızı rəngdə təqdim ediləcək.

Həmçinin bildirilir ki, “Apple” iPhone 15 və iPhone 15 Plus üçün iki rəngi sınaqdan keçirir – mavi və çəhrayı. Lakin bu çalalar dəyişə bilər.

28

Son xəbərlər
 ⁠
Digər xəbərlər