ABŞ-dakı mənbələrə görə, ölkənin telekommunikasiya operatorları öz işçilərindən sentyabrın 13-də “hansısa bir” smartfonun qarşıdan gələn təqdimatı ilə əlaqədar mütləq işdə olmalarını xahiş edib. Görünür, söhbət iPhone 15-in təqdimatından gedir.
iPhone 15-in təqdimatı sentyabrın 13-də baş tutduğu halda, satışların sentyabrın 15-də başlaması gözlənilir. Xatırladaq ki, iPhone 14 sentyabrın 7-də təqdim edilmişdi, satışlar isə iki gün sonra başlamışdı.
iPhone 15-in tamamilə yeni dizaynda alacağı gözlənilir. Sızmış məlumatlara görə, bütün modellər yenilənmiş Face ID və Lightning əvəzinə USB-C ilə təchiz ediləcək.