“Apple” iOS əməliyyat sisteminin 17.0.3 yeniləməsini buraxıb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Bildirilir ki, istifadəçiləri vacib təhlükəsizlik yeniləmələri və səhv düzəlişləri gözləyir. Buraya “iPhone-un həddindən artıq qızmasına səbəb ola biləcək problemlərin həlli” də daxildir.
28 sentyabr 2023-cü ildə “Financial Times” müştərilərin yeni iPhone-ların həddindən artıq qızmasından şikayətləndiyini yazıb. Nəşr “Apple” icma forumunda 2000-dən çox şikayət tapıb. Bəziləri hətta cihazı əllərinə götürə bilmədiklərini yazıb.
Oktyabrın 1-də “Apple” etiraf edib ki, iPhone 15 Pro və 15 Pro Max iOS 17-dəki səhvə görə həddindən artıq istiləşə bilər. Şirkət növbəti iOS yeniləməsində problemi həll edəcəyinə söz verib.