30 C
Baku
Sunday, July 14, 2024

iPhone 15-in qizmasının səbəbləri açıqlanıb

“Apple” iPhone 15-in qızmasının səbəblərini açıqlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şirkət qeyd edir ki, həddən artıq qızma qurğunun istifadəsinin ilk bir neçə günü ərzində baş verə bilər. “Eyni zamanda bu problem sistemin həddən artıq yüklənməsinə səbəb olan bəzi proqramların son yeniləmələri ilə bağlıdır”, – mesajda deyilir.

“Apple” nümayəndələrinin fikrincə, bu yeniləmələr sistemdə həddindən artıq yüklənməyə və buna görə də cihazın istənməyən istiləşməsinə səbəb ola bilər.

Smartfonun həddindən artıq qızmasına səbəb olan proqramlar arasında “Asphalt 9”, “Instagram” və “Uber” göstərilir.

Son xəbərlər
Digər xəbərlər