“9to5Mac” nəşri 3D dizayneri İan Zelbonun çertyojları əsasında qarşıdan gələn iPhone 15 Pro Max və iPhone 16 Pro smartfonlarının eksklüziv renderlərini dərc edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Çertyojlarda göstərildiyi kimi, iPhone 16-nın top modeli iPhone 16 Ultra adlanacaq. O, diaqonalı 6.9 düym olan ekrana sahib olacaq, eyni zamanda korpusun ölçüləri əhəmiyyətli dərəcədə artacaq.
iPhone 15 Pro Max-a gəlincə, parametrlər aşağıdakı kimi olacaq:
Eni: 76.7 mm;
Hündürlüyü: 159.8 mm;
Ekran diaqonalı: 6.7 düym.
Daha böyük korpus “Apple”a iPhone 16 Pro-da periskop modulu quraşdırmağa imkan verəcək, hansı ki iPhone 15 Pro-da nəzərdə tutulmayacaq.