Keçmişdə yeni iPad-lərin dizaynını dəqiq proqnozlaşdıran insayder və konsept-rəssam Konstantin Milenin qarşıdan gələn iPhone 15 Pro smartfonunun yeni renderlərini dərc edib.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni renderlərin dizaynı əvvəllər digər insayderlər tərəfindən dərc edilmiş məlumatlara uyğundur: “Apple” iti kənarları olan korpusdan imtina edəcək. Bu baxımdan iPhone 15 Pro köhnə iPhone 5C modelinə bənzəyir.
Bundan əlavə, şayiələrə görə, iPhone 15 “Lightning” interfeysindən imtina edəcək və USB-C-yə keçəcək. Qeyd edək ki, iPhone 15 modeli növbəti il sentyabrda təqdim ediləcək.