“iPhone 15 Pro” və “iPhone Pro Max” təqdim edilib.
Banker.az bu barədə şirkətin təqdimatına istinadən xəbər verir.
Belə ki, “iPhone 15 Pro” və “iPhone 15 Pro Max”da olan yeniliklərdən əsası gövdənin titandan hazırlanmasıdır. Yəni kənar çərçivələr artıq paslanmaz poladdan yox, yeni materialdandır ki, bunun sayəsində daha yüngül pro model əldə olunub.
“iPhone 15” ailəsi yeni “A16 Bionic” prosessoru , həmçinin smartfonun ən azı bir gün enerji doldurmadan işləməsinə imkan verən batareya ilə təchiz olunub.