18 C
Baku
Wednesday, May 8, 2024

iPhone 16-da kameranı idarə etmək üçün mexaniki düymə olacaq

“Apple” korporasiyası 2024-cü ildə təqdim edəcəyi iPhone 16 smartfonuna kameranı idarə etmək üçün mexaniki düymə (“Capture Button”) əlavə edəcəyini açıqlayıb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Tərtibatçıların fikrincə, yeni element “Apple”ın peşəkar kameralara alternativ olaraq təbliğatını davam etdirəcəyi növbəti nəsil smartfonların əsas üstünlüyü olacaq.

Düymənin səthindəki sensorlar toxunma və təzyiqi ayırd edəcək. Məsələn, onu sola və ya sağa sürüşdürdüyünüz zaman “zoom” dəyişəcək, yüngülcə basdığınız zaman isə kamera fokuslanacaq.

2023-cü ilin sentyabrında “Apple” iPhone 15 smartfonunu təqdim edib. Model fərdilişdirilə bilən düymə ilə təchiz edilib. Onun köməyi ilə bir kliklə müxtəlif funksiyaları işə sala bilərsiniz: məsələn, səssiz rejimi və ya kamera, fənər və ya diktafonu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər