Yeni nəsil iPhone-un buraxılışına hələ altı ay qalmasına baxmayaraq, yeni Apple smartfonları haqqında məlumatlar hərdən internetə sızır. Belə ki, bu dəfə Apple daxilində öz mənbələrinə malik “Bloomberg” jurnalisti Mark Qurman yeni məlumatlar paylaşıb.
Qurmanın sözlərinə görə, adında “Pro” prefiksi olan iPhone 16 iki yeni rəng alacaq: Space Black və Rose. Yeni rənglərdən əlavə ağ və boz çalalar təklif olunacaq. Hazırda iPhone 15 Pro və iPhone 15 Pro Max-da mövcud olan Blue titanium rəngi növbəti nəsildə artıq olmayacaq.
iPhone 16-nın rəsmi premyerasının 2024-cü ilin sentyabrında baş tutacağı gözlənilir. Dəqiq tarix, eləcə də hər dörd yeni modelin ətraflı texniki xüsusiyyətləri hələlik məlum deyil.