22 C
Baku
Thursday, June 26, 2025

“iPhone 17” belə olacaq

“Apple” şirkətinin sentyabrda təqdim edəcəyi “iPhone 17 Pro”nun görüntüləri ortaya çıxıb.

Təqdimata təxminən üç ay qalan bir vaxtda üzə çıxan bu görüntülərdən cihazın qara rəngi və yeni kamera panelinin necə görünəcəyi aydın olur.

Həmişə olduğu kimi, bu il də hansı rəng variantlarının təqdim ediləcəyi hələlik bəlli deyil. Ancaq sızan məlumatlara görə, “iPhone 16 Pro” kimi “iPhone 17 Pro” modelində də “Titanium Black”ə bənzər qara ton istifadə ediləcək.

Daha əvvəllər də bu haqda bir çox dəqiq məlumatlar paylaşan Majin Bu “X” hesabındakı son yazısında “iPhone 17 Pro Black” tamamilə heyrətamiz görünür” ifadələrindən istifadə edərək iki şəkil paylaşıb.

Bu görüntülərdə ən diqqətçəkən detal, şübhəsiz ki, arxa kamera sırası üçün istifadə edilən yeni zolaq panelidir. Əvvəl yayılan məlumatlarda panelin daha geniş olacağı bildirilirdi.

Şəkillər, həmçinin kamera silsiləsinin əvvəlki modellərə nisbətən bir qədər yuxarı qalxdığını göstərir. Bu, obyektiv və sensor arasındakı məsafəni artırmaq və görüntü keyfiyyətini yaxşılaşdırmaq üçün edilmiş ola bilər.

Bu cihazın indiyə qədər çıxarılan ən qalın “Pro” iPhone olacağı deyilir.

Xüsusi dəyişikliklər olmasa, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərində bu dizaynla qarşılaşacağıq.

Son xəbərlər
Digər xəbərlər