25 C
Baku
Thursday, September 11, 2025

“iPhone 17” nə vaxtdan Azərbaycanda satılacaq? – Vaxt açıqlandı

Azərbaycanın elektronika mağazalar şəbəkələri “Kontakt” (ABC Telekom) və “İrşad”, həmçinin “Apple”ın Azərbaycanda premium tərəfdaşı “iSpace” (ASBC MMC) 26 sentyabrdan etibarən “iPhon” Air”, “iPhone 17” və “iPhone 17 Pro” seriyasının satışına start verəcəklərini bəyan ediblər.

Banker.az xəbər verir ki, bu barədə şirkətlərin internet səhifəsindəki əsas elanda qeyd edilir.

Apple öz super-nazik iPhone modelini (iPhone Air) təqdim edib . Qiymət: 999 dollardan başlayır. Cəmi 5,6 mm qalınlıq.

Smartfon 6,5 düymlük ProMotion texnologiyalı ekran, həm ön, həm də arxa tərəfdə yeni Ceramic Shield keramik qoruyucu şüşə ilə təchiz olunub. Arxa şüşə 4 dəfə daha möhkəmdir. Titan korpus isə cihazı həm yüngül, həm də möhkəm edir.

Yeni A19 Pro prosessoru rekord sürət vəd edir: mərkəzi və qrafik prosessor ciddi şəkildə yenilənib, qrafik sürətləndirici isə İA çipindən 3 dəfə güclüdür. Apple iPhone Air-in performansını MacBook Pro ilə müqayisə edir.

iPhone Air göy-mavi, qara, qızılı və ağ rənglərdə təqdim olunur — yüngüllük, davamlılıq və yüksək gücün ideal balansı.

Arxa kamera 48 MP-dir (26 mm EFR, f/1.6).

iPhone Air-in batareyası bir günü tam işləməyi təmin edir — Apple öz smartfonunda batareya gücünü ciddi şəkildə artırıb. 40 saat video izləmə və bir günlük iş rejimi var.

iPhone Air daxili boşluğa qənaət etmək üçün eSIM istifadə edir.

Son xəbərlər
Digər xəbərlər