“Apple” 2026-cı ilin birinci yarısında bir sıra yeni məhsullar, o cümlədən aşağı büdcəli iPhone və bir neçə model iPad təqdim etməyi planlaşdırır, bu barədə “Bloomberg” agentliyi yazıb. Məlumata görə, gələn il təqdim ediləcək iPhone 17e bu ilin əvvəlində buraxılmış 599 dollarlıq smartfon modelinin davamı olacaq.
Eyni zamanda, “Apple” yenilənmiş MacBook Pro və Air kompüterləri üzərində işləyir. Bu kompüterlərin ilkin olaraq 2025-ci ildə buraxılması planlaşdırıldığı halda, şirkət onları 2026-cı ilə qədər təxirə salmağı düşünür.
Apple sözçüsü məsələ ilə bağlı şərh verməkdən imtina edib.
“Apple”ın 2026-cı ilin əvvəlində təqdim edəcəyi iPhone 17e bu ilin payız təqdimatından sonra açıqlanacaq. Buraya yeni iPhone 17, Apple Watch, yenilənmiş iPad Pro-lar və Vision Pro-nun daha sürətli versiyası daxildir.