15 C
Baku
Saturday, November 2, 2024

iPhone 7 dünyanın ən populyar smartfonu olaraq qalır

Banker.az Fortune nəşrinə istinadən xəbər verir ki, Apple şirkəti 2017-ci ilin üçüncü rübündə bazara müxtəlif versiyalardan 13 milyon iPhone 7 buraxıb.

Bu göstərici onu ən çox satılan cihaz edir.

Bununla yanaşı, ikinci pillədə iPhone 6s (7,9 milyon cihaz), üçüncü pillədə isə Samsung Galaxy J2 (7,8 milyon cihaz) qərarlaşıb. Onların ardınca Çinin istehsal etdiyi Oppo – A57 və R11 smartfonları gəlir.

Hər şikrətin istehsal etdiyi ümumi cihazları nəzərə aldıqda, Samsung şirkəti dünya lideri olaraq qalır. Belə ki, şirkət cari ilin üçüncü rübündə ümumilikdə 83,4 milyon smartfon buraxıb.

Son xəbərlər
Digər xəbərlər