13 C
Baku
Sunday, September 29, 2024

“iPhone 7″nin ən böyük dəyişikliyi

Sentyabrda təqdimatının keçirilməsi nəzərdə tutulan “iPhone 7″də “home” düyməsinin yenilənməsi nəzərdə tutulur. Çoxlarının adət etdiyi “home” düyməsinin yeni sensor düymə ilə əvəzlənəcəyi bildirilir.

“Apple”in üzərində çalışdığı yeni “iPhone 7″nin daha bir xüsusiyyəti isə onun su keçirməyən bir sistemə sahib olmasıdır. Artıq telefonların yeni xüsusiyyətləri sınaqdan keçirilir.

“Apple” daha bir yeniliyini təqdim etməyə hazırlaşır. Şirkətin yeni “iPhone 7 Pro” modelini də istifadəyə verəcəyi gözlənilir. Şirkətin sentyabrda müştərilərini “iPhone 7 Plus”la da sevindirəcəyi gözlənilir.

Çoxları isə “iPhone 7 Plus”ın əvəzinə məhz “iPhone 7 Pro”nun təqdim ediləcəyini söyləyir. İddialara görə, “Apple” yeni telefonuna daha incə dizayn verəcək və alt tərəfinə “iPad Pro” kimi “Smart Connector” əlavə edəcək.

iPhone 7 Pro modeli
iPhone 7 Pro modeli
ANSPRESS
Son xəbərlər
Digər xəbərlər