13 C
Baku
Friday, November 15, 2024

“iPhone 7″nin yeni görüntüsü yayıldı (FOTO)

“Apple”in səbirsizliklə gözlənilən modelinin yeni fotoları yayılıb. Söhbət “iPhone 7″dən gedir. Yeni modelin bu ilin sentyabr ayında təqdim edilməsi gözlənilir. Ancaq təqdimatdan öncə onlarla konsepti internetdə yayılıb. Yeni konseptdə isə smartfon çərçivəsiz görüntüsü ilə olduqca diqqətçəkici dizayna malikdir.

Telefonun görüntüsünü dizayner Eduardo Guerrero paylaşıb. Yeni dizayn “Bənzər boy, daha böyük ekran” şüarı ilə hazırlanıb. Dizayner eyni zamanda naqilsiz elektrik cərəyanı texnologiyasının da yeni modeldə ola biləcəyini istisna etməyib.
Əslində “Apple” yeni modeldə bir o qədər də çox dəyişiklik etməyib – o, “iPhone 6S”dən bir o qədər də fərqlənmir. İlk görünüşə görə “Apple” fanatlarının ən çox gözlədiyi çərçivəsiz ekran dizaynı yaxın zamanda satışda olacaq.

ANS Press

Son xəbərlər
Digər xəbərlər