16 C
Baku
Thursday, March 28, 2024

“iPhone 8”i “Apple” və “Samsung” birgə tərtib edəcək

ABŞ-ın “Apple” şirkəti “Samsung Electronics” ilə birgə “iPhone 8” smartfonunu tərtib edəcək.

“informing.ru” saytına istinadən məlumatına görə, smartfon bazarında iki əsas rəqib olan “Apple” və “Samsung Electronics” şirkətləri “iPhone 8” üzərində işləməklə bağlı sıx əməkdaşlıq edəcəklərini elan ediblər.

Bu smartfon bütün keçmiş modelləri əvəz etməli və daha çox müştəri cəlb etməlidir. Bu əməkdaşlıq onunla izah olunur ki, “Apple” özü əyri formada olan OLED ekran istehsal etmək və ya digər şirkətdən almaq imkanında deyil. Belə texnologiyanın əsas rəsmi sahibi isə “Samsung Electronics” şirkətidir.

Qeyd edək ki, daha əvvəl şirkətlər arasında münaqişələr yaranırdı. Ancaq indi görünür ki, bütün baş verənlər unudulub və onlar əməkdaşlıq etməyə hazırdırlar.

Qeyd etmək lazımdır ki, “Apple” öz smartfonları üçün heç bir komplekt istehsal etmir. Bütün ehtiyat hissələrini tədarükçülərdən sifariş edir, cihazlar isə Çin zavodlarında yığılır.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər