7 C
Baku
Thursday, December 12, 2024

iPhone dünyanın ən populyar smartfonu oldu

Banker.az xəbər verir ki, Strategy Analytics araşdırmasına görə, iPhone 7 və 7 Plus 2017-ci ilin ikinci rübünün nəticələrinə əsasən dünyanın ən populyar smartfonları olub.

Ekspertlərin məlumatlarına görə, aprel ayından iyun ayına qədər olan dövr ərzində 16,9 milyon iPhone 7 və 15,1 milyon 7 Plus smartfonu satılıb. Qeyd edilir ki, iPhone 7 bu günə qədər buraxılan Apple smartfonları arasında ən populyar modeldir.

iPhone smartfonunun ardınca 10,2 milyon və 9 milyon ədəd buraxılan Samsung Galaxy S8 və S8+ smartfonları gəlir. İlk beşliyi isə 5,5 milyon satılmış nümunə ilə Xiaomi Redmi 4A tamamlayır.

Strategy Analytics-in icraçı direktoru Neil Mawston qeyd edib ki, Galaxy S8 cəlbedici dizaynı, əla proqram təminatı və onlarla ölkədə ən yaxşı pərakəndə şəbəkəsinə görə dünyanın ən populyar Android smartfonu adını qazanıb.

Son xəbərlər
Digər xəbərlər