14 C
Baku
Thursday, November 7, 2024

iPhone-nun yeni rəqibindən “sürpriz xəbər” – $1 mlrd. dollarlıq zərər!

“Xiaomi” şirkətinin bu ilin birinci rübündə 1,09 milyard dollar xalis zərəri qeydə alınıb.

İxbt.com saytına istinadən məlumatına görə, bu, ötən ilin nəticələrindən 6 dəfə azdır.

“Xiaomi” şirkəti bu ilin birinci rübündə 28,4 milyon ədəd smartfon satışına nail olub. Şirkətin bu müddət ərzində ancaq smartfonlardan gəlirləri 3,6 milyard dolları ötüb.

Şirkətin araşdırmalar və tərtibatlar istiqamətinə xərcləri 172 milyon dollar və ya ümumi dövriyyənin 3,21 faizini təşkil edib. 2017-ci ildə isə şirkət araşdırma və təhlillərə 491 milyon dollar və ya ümumi dövriyyənin 2,75 faizini xərcləyib.

Həmçinin şirkət daha çox hansı smartfonların populyarlığa malik olduğunu açıqlayıb. Belə ki, satılan təxminən 11 milyon smartfon 125 dollar qiyməti kateqoriyasındadır. Onlar şirkətə 846 milyon dollar gəlir gətirib.

Qiyməti 465 dollar və daha yuxarı olan flaqman smartfonların satışı 496 min ədəd, qiyməti 126-205 dollar olan smartfonların satışları 10,9 milyon ədəd təşkil edib.

Xatırladaq ki, Çin istehsalçısı səhmlərin ilk ictimai yerləşdirilməsinə (İPO) hazırlaşır. Artıq Honkonq Fond Birjasına satışlarla bağlı müraciət edilib. Gözlənilir ki, İPO “Xiaomi”yə 10 milyarddan çox dollar gəlir gətirəcək. Şirkətin bazar dəyəri isə 70 milyard dollardan 90-110 milyard dollara qədər artacaq.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər