“iPhone” sahibləri bu modeldən imtina edirlər – “Android”ə üstünlük verməyə başlayıblar

0

Vaxt ötdükcə “iPhone” sahiblərinin əksəriyyəti yeni “alma” modelinə keçiddən imtina edirlər. İstifadə olunan cihazların alınıb satılması üzrə ixtisaslaşmış ABŞ-ın “BankMyCell” şirkətinin məlumatları bunu sübut edir.
 
Şirkət 2018-ci ilin oktyabrından öz telefonlarını satışa çıxarmış 38 mindən çox insanın məlumatını toplayıb. Araşdırma zamanı məlum olub ki, köhnə cihazını yenisi ilə dəyişməyi arzu edən “Apple” istifadəçilərinin bazar payı ötən illə müqayisədə 15,2% azalıb.
 
“Galaxy S9” cihazından istifadə edən istifadəçilərin yalnız 7,7%-i “iPhone” smartfonuna keçib, 92,3%-i isə “Android” əməliyyat sisteminə üstünlük verir. Müqayisə üçün, “iPhone X” sahiblərinin 26%-i son nəticədə başqa brendə keçiblər.

©İctnews