32 C
Baku
Sunday, July 27, 2025

iPhone SE 2 modelinin istehsalına dekabr ayında başlanacaq – Qiyməti $420 olacaq

Şəbəkədə potensial iPhone SE 2 smartfonunun istehsalı ilə bağlı müxtəlif şayiələr yayılıb.

Banker.az xəbər verir ki, mütəxəssislərin qeyd etdiyi kimi, modelin istehsalına bu ilin dekabr ayında başlanacaq. Beləliklə, yaxın gələcəkdə iPhone SE 2-nin təqdimatını gözləyə bilərik.

Xatırladaq ki, daha əvvəl bu smartfonun buraxılışının 2020-ci ildən tez olmayacağı barədə məlumat yayılmışdır.  Yeni cihazın iPhone 11 Pro və iPhone 11 Pro Max modellərində olduğu kimi A13 çipset ilə təchiz ediləcəyi güman edilir.

iPhone SE 2 smartfonunun qiyməti 3 min yuan və ya 420 dollar təşkil edəcək.

 

Son xəbərlər
Digər xəbərlər