23 C
Baku
Tuesday, April 23, 2024

“iPhone” smartfonlarının çoxu “iOS 11” sistemini dəstəkləməyəcək

“iOS 11” əməliyyat sisteminin illik yenilənməsi və mobil qurğuların texniki tələblərinə dəyişikliklər səbəbindən əksər “iPhone” istifadəçiləri onu quraşdırmaq imkanından məhrum olacaq. Belə ki, “Apple” şirkəti köhnəlmiş qurğuların dəstəklənməsini dayandıracaq və “iPhone” smartfonlarının çoxu yalnız “iOS 10” sistemini dəstəkləyəcək. Beləliklə, 43 milyon “iPhone” istifadəçisi “iOS 11” sistemini quraşdıra bilməyəcək

“DNI24” resursuna istinadən xəbərə görə, mütəxəssislərin məlumatına görə, əməliyyat sisteminin yeni versiyası müasir, daha təkmil qurğular üçün nəzərdə tutulub. Otuz iki giqabaytlıq qurğuların dəstəklənməsi yenilənmiş “iOS” sistemində istisna edilməyən səhvlərə səbəb ola bilər.

Yenilənmiş proqram təminatı əldə etmək istəyən istifadəçilərə “Apple” şirkətinin “iOS 11” sisteminə uyğunlaşdırılan yeni smartfon modellərini almaq tövsiyə olunur.

MənbəAzərTac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər