19 C
Baku
Friday, October 4, 2024

“iPhone” smartfonlarının real istismar müddəti nə qədərdir?

ABŞ-ın “Asymco” təşkilatının mütəxəssisləri tədqiqat apararaq “iPhone” smartfonlarının maksimal istismar müddətini müəyyənləşdiriblər. Bu barədə təşkilatın rəsmi saytında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən indiyədək satılan və sıradan çıxan bütün “iPhone” smartfonları haqqında məlumatların təhlili aparılıb. Məlum olub ki, 2 milyarddan çox satılan “Apple” smartfonunun 750 milyon nüsxəsi ya sıradan çıxıb, ya da istismar olunmur.

Mütəxəssislər tərəfindən aparılan hesablamaların nəticələrinə görə, “iPhone” smartfonlarının istismar müddəti orta hesabla 4 il təşkil edir. Bunu smartfon istifadəçiləri arasında keçirilən sorğu da təsdiq edib.

Son xəbərlər
Digər xəbərlər