19 C
Baku
Thursday, May 2, 2024

iPhone-u oğurluqdan qorumaq üçün yeni funksiya

Dekabrın 11-də “Apple” iOS 17.2-nin stabil versiyasını, iOS 17.3-ün isə beta versiyasını təqdim edib. Əməliyyat sisteminin son yeniləməsində olan ən vacib funksiya oğurluğun qarşısını almağa yönəlir.

Yeni funksiya “Stolen Device Protection” adlanır və iPhone kənar şəxslər tərəfindən idarə olunduqda avtomatik aktivləşir. “Stolen Device Protection” nə edir?

  1. Oğurlanma rejimi deaktiv edildikdə, “Apple Pay” istifadə edildikdə, smartfonda olan bütün məlumatları silməyə cəhd etdikdə və “Apple Card” yaradıldıqda, məcburi qaydada Face ID və ya Touch ID-ni işə salır.
  2. Bir saat müddətində “Lokator”u söndürmək, Apple ID, Face ID, Touch ID və ya parolu dəyişdirmək əməliyyatlarını gecikdirir. Smartfon tanış yerdə (evdə, sahibinin ofisində və s.) olarsa, bir saatlıq gecikdirmə tətbiq edilmir.

“Stolen Device Protection” funksiyasını aktivləşdirmək üçün “Parametrlər” > “Face ID və parol” > “Oğurlanmış cihazın mühafizəsi” bölməsinə keçməlisiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər