22 C
Baku
Friday, April 19, 2024

iPhone X keçən il Apple şirkətinə nə qədər gəlir gətirdi?

Apple şirkəti uzun müddət ərzində smartfon bazarının ümumi gəlirinin böyük bir hissəsini özündə saxlayırdı. Bu göstərici 90% və hətta 103% təşkil edirdi. Yeni araşdırma nəticəsində isə məlum olub ki, iPhone X keçən ilin son rübündə Apple şirkətinə smartfon bazarının ümumi gəlirinin 35%-ni gətirib. Counterpoint şirkətinin son araşdırmasına əsasən keçən ilin sonunda premium sinif smartfonlar bazarı gözlənildiyi kimi böyümədi. Həmin vaxtda Apple şirkəti mobil cihazlar bazarının 86%-ni ələ alaraq gəlirli brend olmaqda davam etdi.

Bununla belə sözügedən sahənin ümumi gəlirinin 21%-i və rüb üzrə bu sahənin ümumi gəlirinin 35%-i iPhone X-in üzərinə düşüb. Bu cür rəqəmləri perspektiv üzrə təsəvvür etmək üçün qeyd etmək lazımdır ki, iPhone X Apple şirkətinə 600 ədəd Android brendinin ümumi gəlirindən 5 dəfə daha çox gəlir gətirib. Bundan əlavə olaraq Apple şirkətinin köhnə model iPhone modellərini bazarda saxlaması da görünür, əlavə gəlir mənbəyinə çevrilib. Ən gəlirli smartfonlar siyahısında Apple şirkəti ilk 8 yeri tutur. Həmin yerlərdə şirkətin 3 il bundan öncə satışa çıxartmış olduğu modellər də var. Həmin modellər də digər rəqib istehsalçılarının məhsullarından fərqli olaraq daha çox gəlir gətirirlər.

Son xəbərlər
Digər xəbərlər