Amerikanın “Apple” şirkəti “iPhone” smartfonlarında bank kartları ilə təmassız ödəniş funksiyasını tətbiq etməyi planlaşdırır. Bu barədə çərşənbə günü mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Vurğulanır ki, bu funksiya üzərində iş 2020-ci ildən aparılır, onun NFC texnologiyasından vasitəsilə reallaşdırılması gözlənilir. Agentlik qeyd edir ki, yenilik sahibkarlıq subyektlərinin sahiblərinə xüsusi ödəniş terminallarının alınmasına qənaət etməyə imkan verəcək.
Şirkət onu bir neçə ay ərzində iOS əməliyyat sistemində yeniləmə ilə birlikdə təqdim edə bilər.
Yeni opsiyanın bütün istifadəçilər, yoxsa yalnız sahibkarlar üçün əlçatan olacağı barədə hələki məlumat verilməyib.