7 C
Baku
Sunday, December 15, 2024

IPO-dan sonra ticarətin ikinci günündə “Saudi Aramco”-nun kapitallaşması 2 trilyon dolları keçdi

CNBC-nin “Tadawul” birjasından aldığı məlumata görə, IPO-dan sonra ticarətin ikinci günündə “Saudi Aramco”-nun səhmlərinin qiyməti dərhal 10% qalxıb. Nəticədə, dünyanın ən böyük neft şirkətinin kapitallaşması 2 trilyon dolları keçib.

IPO zamanı Səudiyyə Ərəbistanı şirkət səhmlərinin 1,5% -ni investorlara (25,6) milyard dollara satıb. Bununla yanaşı, əlavə 450 milyon səhm və ya təklifin 15% -ni opsion üçün ayrılıb (IPO-dan sonra səhm qiymətlərini sabitləşdirmək üçün).

Xatırladaq ki, IPO-dan əvvəl “Saudi Aramco” 1,7 trilyon dollar dəyərində qiymətləndirilərək, Amerikanın “Apple” (1,2 trilyon dollar) şirkətini qabaqlamaqla müvəffəq olub. Daha öncə Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Abdel Aziz ben Salman al-Saud şirkətin bazar kapitallaşmasının 2 trilyon dolları keçəcəyini söyləmişdir.

Son xəbərlər
Digər xəbərlər