6 C
Baku
Sunday, December 15, 2024

İpoteka kreditinin maksimal məbləği 150 min manata çatdırıldı

“Bank Respublika” İpoteka kreditinin maksimal məbləğini 150 000 manatadək artırdı.

“Bank Respublika” müştərilərinə daha münasib və rahat şərtlərlə ipoteka kreditlərinin verilməsinə davam edir. Azərbaycan İpoteka Fondunun xətti ilə ayrılan ipoteka kreditinin maksimal məbləği bank tərəfindən 150,000 AZN-dək artırılmışdır.

İllik faiz dərəcəsi Adi İpoteka üçün 8%, Güzəştli İpoteka üçün isə 4% təşkil edir. Müəyyən edilmiş faiz dərəcəsi 3 ildən – 30 ilədək bütün dövrü əhatə edir. İlkin ödəniş ümumi məbləğin 15% – 25% həddində təyin edilib.

Xatırladırıq ki, www.e-ipoteka.az  saytında İpoteka Fondu tərəfindən mərkəzləşdirilmiş Elektron İpoteka Sistemi xidmət göstərir. Bu sistem kreditlərin rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, ümumilikdə isə ipoteka kreditləşməsinin sadələşdirilməsinə xidmət edir.

Kredit müraciəti üzrə qərar təxminən 10 gün ərzində verilir. Kreditin ödənişlərini hər ay annuitet qaydada bərabər hissələrlə “Bank Respublika”nın ofisləri və bankomatları, vaxtınıza qənaət etmək istəsəniz “İnternet Şöbə” xidməti və “Mobil Şöbə” əlavələri vasitəsilə ödəmək mümkündür.

İpoteka kreditlərinin şərtləri ilə daha ətraflı bankın rəsmi internet səhifəsində, sizə yaxın filialları və ya şöbələrdə, yaxud 144 qısa nömrəsinə zəng etməklə tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər