10 C
Baku
Thursday, December 12, 2024

İpoteka faizlərinin azaldılması təklif edildi

“Güzəştli ipoteka kreditlərinin verilməsinin genişləndirilməsinə ehtiyac var”.

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxış edən deputat Elşad Mirbəşiroğlu bununla bağlı təklif səsləndirib.

Deputat gənclərin ev sahibi olmaqla bağlı maneələrin aradan qaldırılmasını diqqətə çatdırıb:

“İpoteka kreditləri ilə bağlı ilkin ödənişlərin və faiz dərəcələrinin yenidən müzakirəsinə ehtiyac var.

Xüsusilə gənclərin ailə qurmadan öncə ipoteka kreditlərindən yararlanmasına şərait yaratmaq lazımdır ki, onlar da gənc ailə üzvü ola bilsinlər”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər