19 C
Baku
Friday, November 7, 2025

İpoteka Fondu Bakıda kirayəyə vermə mexanizmi üzrə 200 milyon manatlıq mənzil alır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tender elan edir.

Banker.az xəbər verir ki, tenderdə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-3 nəzərdə tutulur.

Ehtimal olunan qiymət isə 199 500 000 manatdır.

Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələri Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”na uyğun olaraq vətəndaşların yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə yaşayış sahələrinin satın alınması nəzərdə tutulur.

Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Bakı şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir.

İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20000 kv.m-dən az olmamalıdır.

 

Son xəbərlər
Digər xəbərlər