18 C
Baku
Thursday, October 10, 2024

İpoteka Fondu haqqında Əsasnaməsində dəyişiklik edildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 dekabr tarixli 339 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1108; 2007, № 1, maddə 8; 2010, № 2, maddə 80) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 6.2.8-ci yarımbənddə “maliyyə-təsərrüfat fəaliyyəti haqqında illik hesabatını” sözləri “illik maliyyə hesabatlarını” sözləri ilə əvəz edilsin.

2. 8.3-cü bənddə “maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabat” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin.

3. 8.4-cü və 8.5-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“8.4. AİF illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə, hesabat dövrü ərzində dövlət zəmanəti ilə kredit aldıqda və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak etdikdə, həmçinin AİF-ə büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrıldıqda isə eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir, habelə internet səhifəsində və dövri mətbu nəşrdə dərc etdirir.

8.5. AİF illik hesabat əməliyyat büdcəsini il başa çatdıqdan sonra aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2014-cü il.

Son xəbərlər
Digər xəbərlər