Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tender elan edir.
Banker.az xəbər verir ki, tenderdə satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2 nəzərdə tutulur.
Ehtimal olunan qiymət isə 200 433 333 AZN təşkil edir.
Vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisinin tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir.
İştirakçılar tərəfindən satınalma predmetinin ümumi həcmindən daha az həcmdə yaşayış sahəsi təklif edildikdə Satınalan təşkilat bu təkliflər üzərindən qiymətləndirmə edərək qalibi müəyyən edir. Bu halda təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 20000 kv.m-dən az olmamalıdır.







