Azərbaycan İpoteka Fondunun (AİF) verdiyi məlumata əsasən bu günə kimi 20210 ədəd ipoteka krediti verilib.(mənbə:Report)
Banker.az xəbər ver ki, bu barədə yerli Value and Sources Consulting Şirkəti məlumat yayıb.
AİF-in saytındakı məlumatlara əsasən 31.12.2016 vəziyyətinə ümumilikdə 17973 ədəd kredit verilib. Belə çıxır ki, Fond bu ilin 9 ayına 2237 ədəd kredit verilib. Sentyabr ayının hələki bitməməsini və ilin sonuna 3 ay qalmasını nəzərə alsaq belə çıxır ki, bu say hələ xeyli artacaq. 2017-ci ilin 2-ci rübündə 652 kredit verilib. Bu ilin hələ başa çatmayan 3-cü rübü ərzində Fond 987 ədəd kredit verib.
İllik ən çox kredit sayı 2013-cü ildə qeydə alınıb – 2731 ədəd. Əgər bu il kreditlərin verilmə tempi bu cür qalsa İpoteka Fondu verilmiş kreditlərin sayına görə rekordu vuracaq.