10 C
Baku
Friday, December 13, 2024

İpoteka fondu satınalma üzrə sifarişlərin qəbuluna başlayıb

Banker.azın verdiyi informasiyaya görə, Azərbaycan İpoteka Fondu satınalmalar üzrə sifarişlərin qəbuluna başlayıb. Sifarişlər 2 lot üzrə elan edilmişdir:

Lot 1 – “İnformasiya Mübadiləsi Modulu”nda ipoteka kreditləri üzrə ödənişlərin qəbulu proseslərinin təkmilləşdirilməsi və yeni ödəniş imkanlarının yaradılması;

Lot 2 – “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu” (ABMUS) proqramında ödənişlərin icrası modulunun yaradılması və Cəmiyyətin vəsaiti hesabına verilən kreditlərin uçotu prosesinin təkmilləşdirilməsi. 

Xidmət təkliflərinin cəlb olunması üzrə satınalmanın müddəti uzadılmışdır.

Satınalma üzrə ilkin sənədlər 13 fevral 2017-ci il saat 18.00-dək, təklif zərfləri isə 27 fevral 2017-ci il saat 18.00-dək Cəmiyyətin Bakı şəhəri, Bül-bül prospekti 40 ünvanında yerləşən inzibati binasında qəbul ediləcəkdir. Məsələ üzrə zərflər 28 fevral 2017-ci il saat 15.00–da Cəmiyyətin inzibati binasında açılacaqdır.

Satınalma ilə bağlı əlavə məlumat almaq üçün 441-24-23 (133) nömrəli telefona zəng etmək olar.

Son xəbərlər
Digər xəbərlər