11 C
Baku
Wednesday, December 11, 2024

İpoteka Fondundan 15 milyonluq istiqraz – Palata qeydiyyata aldı

10 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin hər birinin nominal dəyəri 1000 manat olan  15 000 ədəd faizli ipoteka istiqrazlarının buraxılışı AZ2014008687 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyata alınıb.

İstiqrazlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək.

Qeyd edək ki, 22 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamə” təsdiq edilib.

Son xəbərlər
Digər xəbərlər