Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən indiyədək 16 min 452 ipoteka krediti veriblər.
Bu barədə AİF-dən bildirilib. Fondun məlumatına görə, AİF-in vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 660 milyon 280 min 280 manatdan çoxdur. AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.
AzərTac






