13 C
Baku
Sunday, September 29, 2024

İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

28 aprel 2014-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilmişdir.

Hərracda 4 birja üzvü iştirak etmişdir. Sifarişin ümumi məbləği nominal üzrə 51 174 000    manat təşkil etmişdir.

Sifarişlər  100.6333% qiymətdə təqdim edilmişdir. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi  5 000 000  manat məbləğində müəyyən edilmişdir.

İstiqraz vərəqələrinin ödəmə tarixi 21 dekabr  2023-ci ildir.

Son xəbərlər
Digər xəbərlər