13 C
Baku
Friday, November 15, 2024

İpoteka ilə alınan ev satıla bilərmi?

““İpoteka haqqında” qanunun 30.1-ci maddəsinə görə ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verə bilər (istifadə, icarə və sair)”. Bunu açıqlamasında “Bakı Hüquq Mərkəzi”nin hüquqşünası Dünyamin Novruzov deyib.

O bildirib: “Bu qanunun 30.2-ci maddəsinə görə bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə, ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır”.

“Dünyamin Novruzov qeyd edib ki, beləliklə, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, evi əldə edə bilməniz üçün ipoteka saxlayanın yazılı razılığı tələb olunur.

“Bu zaman siz ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın (yəni evi Sizə satan şəxsin) bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələrini daşıyacaqsınız. Əsas öhdəliyin (məsələn, kredit müqaviləsinin) icra edilməməsi və ya lazımınca icra edilməməsi halında, ipoteka predmetinə (yəni evinizə) tutma yönəldilməsi riski var”.

Modern.az

Son xəbərlər
Digər xəbərlər